XƏBƏRLƏR / Münaqişə

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.