ABŞ və İran savaşa son qoymaq üçün razılaşma elan etdilər
Bu barədə ABŞ prezidenti Tramp "Truth Social" şəbəkəsində yazıb
ABŞ və İran müharibəyə son qoymaq üçün razılaşma elan etdilər.
ABŞ Prezidenti Donald Tramp Truth Social-da yazıb: "İran İslam Respublikası ilə razılaşma imzalandı. Hamınızı təbrik edirəm!" Donald Tramp özünün TruthSocial səhifəsində yazıb. O, həmçinin Hörmüz boğazının açıldığını və İrana qarşı dəniz blokadasının ləğv olunduğunu elan edib. "Dünya gəmiləri, mühərriklərinizi işə salın! Neftin axmasına icazə verin!"
“İranla yekun nüvə sazişi əldə olunmasa, Vaşinqton İrana qarşı hərbi əməliyyatları yenidən başlada bilər”.
Bunu “The New York Times“ qəzetinə müsahibəsi zamanı ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, nüvə danışıqlarının yeni mərhələsinin bu həftə İsveçrədə başlaması gözlənilir.
Tramp həmçinin deyib ki, İranla əldə olunan hazırkı razılaşma gələcəkdə Hörmüz boğazının daimi və rüsumsuz açıq qalmasını təmin etməlidir.
Müsahibədə Tramp İsrailin Baş naziri Benyamin Netanyahu barədə də danışaraq bildirib ki, İranla sülh razılaşması ərəfəsində Livana endirilən son zərbələr yersiz olub və İsrail ABŞ-ın səylərinə görə minnətdar olmalıdır.
Mediada yayılan məlumatlara görə, sənədi İranın xarici işlər naziri Əraqçi və ABŞ-ın vitse-prezidenti Vens imzalayacaqlar.
1 dəqiqə