İsrail "Hizbullah"ı, "Hizbullah" isə İsraili bombalayır
Bu barədə “Reuters” agentliyi məlumat yayıb
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində ölkənin cənubunda qurbanların sayı 569-a yüksəlib, 1,8 min nəfər yaralanıb.
Verilən məlumata görə, həlak olanlar arasında 50 uşaq, 4 təcili yardım işçisi də həlak olub, daha 16 nəfər isə yaralanıb.
Öz növbəsində "Hizbullah" hərəkatı İsrailin Mossad kəşfiyyat agentliyinin Tel-Əviv yaxınlığındakı qərargahına raket zərbələri endirdiyini bəyan edib. Zərbələr "Kader-1" raketi ilə endirilib. “Reuters” bu barədə “Hizbullah”ın bəyanatına istinadən xəbər verir.
“Livan müqaviməti sentyabrın 25-i səhər saat 06.30-da Tel-Əviv yaxınlığındakı Mossad komanda məntəqəsinə “Kader-1” raketini atıb".
Bu səhər Tel-Əviv və Netanyada ilk dəfə olaraq hava hücumu sirenləri səslənib.