XƏBƏRLƏR / Münaqişə

İran Hörmüz boğazında gəmini ələ keçirdi FOTO/YENILƏNIR

Gəmi israilli investora məxsus şirkət tərəfindən idarə olunurmuş

İran Hörmüz boğazında gəmini ələ keçirdi FOTO/YENILƏNIR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:35

    İsrailin xarici işlər naziri İsrael Katz Hörmüz boğazında gəminin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ələ keçirilməsinə münasibət bildirib.

    Nazir “Ayətullah Əli Xamenei rejimi”ni (İranın ali dini lideri) cinayətkar adlandırıb və bildirib ki, SEPAH “beynəlxalq hüquqa zidd olaraq pirat əməliyyatı həyata keçirir”.

    “Avropa İttifaqını və azad dünyanı İran İnqilabı Keşikçiləri Korpusunu dərhal terror təşkilatı elan etməyə və İrana dərhal sanksiyalar tətbiq etməyə çağırıram”, – Katz X hesabında yazıb.

    ***

    İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) cənubda Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı konteyner daşıyan gəmini ələ keçirib. Bu barədə IRNA məlumat yayıb.

    Məlumata görə, SEPAH hərbi təyyarə ilə keçirdiyi əməliyyatda gəmiyə daxil olub və hazırda gəmi İran sularına doğru hərəkət edir.

    Bildirilir ki, Portuqaliya bayrağı altında üzən gəmi israilli investor Eyal Oferə məxsus "Zodiac" şirkəti tərəfindən idarə olunurmuş.