XƏBƏRLƏR / Münaqişə

ABŞ və Böyük Britaniya Sənaya yeni hava zərbəsi endirib

Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb

ABŞ və Böyük Britaniya Sənaya yeni hava zərbəsi endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ və İngiltərə Yəmənin Səna şəhərinin şimalına yeni hava zərbəsi endirib.

    Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

    Qeyd olunub ki, ABŞ və Böyük Britaniya Səna şəhərinin şimalına təkrar hava zərbəsi endirib.

    Pentaqonun sözçüsü bildirib ki, yanvarın 12-də ABŞ və müttəfiqləri 150-dən çox hərbi sursatdan istifadə etməklə Yəməndə 28 məntəqəyə zərbələr endirib.