Bayden İranın vəziyyəti gərginləşdirməyəcəyinə ümid edir
Onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir
ABŞ prezidenti Co Bayden şənbə günü İran hakimiyyətinin Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətli ilə bağlı Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir.
Delaver ştatında jurnalistlər dövlət başçısının Tehranın Haniyyənin ölümünə görə qisas almaq niyyətindən geri çəkilib-çəkinməyəcəyi ilə bağlı fikrini soruşublar. "Ümid edirəm, amma bilmirəm" deyə Bayden cavab verib.
Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Tehranda Haniyənin öldürülməsindən sonra İranın İsrailə qarşı heç bir tolerantlıq nümayiş etdirməyəcəyi barədə xəbərdarlıq edib.