Ruslara məxsus iki avtomobil Laçın yolundan keçdi
Avtomobillərin Xankəndi istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 46-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər. Bu dəqiqələrdə sülhməramlılara məxsus iki təminat avtomobilinin Xankəndi istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.