Separatçılar Xankəndidə Rusiya hərbçilərinə etiraz edir
Rusiya sülhməramlı kontingentinə etiraz Laçın Sərhəd Keçid Məntəqəsi ilə bağlıdır
Xankəndidə separatçıların başçıları Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə (RSK) qarşı yürüş təşkil ediblər. Yürüşçülər RSK-dan Laçın yolundakı Azərbaycanın Sərhəd Keçid Məntəqəsinin yığışdırılmasını tələb edirlər.
Erməni mənbələri xəbər verir ki, təşkil edilmiş etiraz yürüşü ərəfəsində jurnalistlər və vəkillərə qarşı zorakılıq edilib və onlar arasında həbslər keçirilib. Həbslərin səbəbi barədə məlumat verilmir.