İsrailin oktyabrın 7-dən Qəzzaya endirdiyi zərbələr nəticəsində ölən jurnalistlərin sayı açıqlanıb.
Bu barədə Qəzza hökuməti məlumat yayıb.
Qeyd olunub ki, həyatını itirən jurnalistlərin sayı 35-ə çatıb.
Son olaraq İsrailin Livanla sərhədində baş verən qarşıdurma zamanı livanlı jurnalist həyatını itirib.