XƏBƏRLƏR / Münaqişə

İranın Pakistanla sərhəd rayonunda 9 nəfər öldürüldü

İndiyədək silahlı hücumu heç bir qrup öz üzərinə götürməyib

İranın Pakistanla sərhəd rayonunda 9 nəfər öldürüldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın cənub-şərqində Sistan və Bəlucistan vilayətinin Pakistanla sərhədində yerləşən Səravan rayonunda naməlum silahlı şəxslər 9 nəfəri öldürüblər.

    Bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, öldürülən şəxslər İran vətəndaşları deyil.

    Sistan-Bəlucistan əyalətində baş verən atışmalara görə heç bir şəxs və ya qrup məsuliyyəti üzərinə götürməyib.

    Bəlucların hüquqlarını müdafiə edən "Haalvash" təşkilatı öz saytında bildirib ki, qurbanlar işlədikləri avtomobil təmiri sexində yaşayan pakistanlı fəhlələrdir. Daha üç nəfərin yaralandığı bildirilir.