ABŞ hərbi bazasına hücumu kim törədib?
Hücum zamanı 3 əsgər həlak olub, xəsarət alanların sayı 34-ə çatıb

ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarından birinə hücum nəticəsində yaralanların sayı artıb.
Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Suriyanın Əl-Tanf şəhərində dron hücumu zamanı 3 əsgər həlak olub, xəsarət alanların sayı 25-dən sayı 34-ə yüksəlib.
ABŞ Prezidenti Co Bayden öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.
"İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatlarının (PAU) zərbəylə heç bir əlaqəsi yoxdur". Bu barədə İRNA xəbər agentliyinə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bildirib.
Diplomat qeyd edib ki, o, belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.
Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, 34-nün isə yaralandığını bildirib. Pentaqon rəhbəri Lloyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara "doğru zamanda, lazımi yerdə" cavab verəcəyini vəd edib.