Bayden sərhəddə qayda yaratmaq üçün Texasa 24 saat verdi
Federal hökumətlə Texas ştatının Milli Qvardiyası arasında birbaşa qarşıdurma gedir

Texas ştatının qubernatoru Qreq Abbott, Bayden administrasiyasının mövqeyinə baxmayaraq, sərəncamında olan qüvvə resursları ilə ştatın cənub sərhədini qorumaq niyyətində olduğunu bəyan edib. Bu barədə “Fox News” məlumat yayıb. Texasın Milli Qvardiyası Meksikadan keçən qanunsuz miqrantların qarşısını zor gücünə alır.
Bundan əvvəl Ali Məhkəmə prezident Bayden administrasiyasının xeyrinə qərar çıxararaq federal zabitlərə Texas hakimiyyətinin Meksika ilə sərhəddə quraşdırdığı məftilli hasarları dağıtmağa icazə verib.
Bayden problemi həll etmək üçün Texasa 24 saat vaxt verib. Qubernator imtina edir. Federal hökumətlə ştatın Milli Qvardiyası arasında birbaşa qarşıdurma gedir.
"Texas ştatının "Eagle Pass" keçid məntəqəsində vəziyyət getdikcə daha da qızışır. Bu yer sərhədi qanunsuz keçmək üçün meqa-qovşağa çevrilib. Və məhz burada qarşıdurma indi inkişaf edir. Bayden administrasiyası ona son tarix verdi - sabaha qədər o, ABŞ-ın sərhəd gömrük xidməti üçün sərhədə girişi açmağa borcludur. Beləliklə, federallarla Texas Milli Qvardiyası arasında birbaşa qarşıdurma yaranır".