XƏBƏRLƏR / Münaqişə

İsrail Livanın cənubuna zərbələr endirir YENİLƏNİB/FOTO

Bu barədə İsrail ordusunun mətbuat xidməti və Livan mənbələri məlumat yayıb

İsrail Livanın cənubuna zərbələr endirir YENİLƏNİB/FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:52

    ABŞ-İran arasında bütün cəbhələrdə atəşkəs razılaşmasına baxmayaraq, İsrail qüvvələri Livana hücumlarını genişləndirərək ölkənin şərqindəki Baalbek bölgələrini atəşə tutub.

    ***

    12:33

    İsrail ordusu Livanın cənubundakı "Hizbullah" hədəflərinə zərbələr endirir.

    Ordunun mətbuat xidmətinin məlumatına görə, bu hücumlar təşkilatın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq həyata keçirilir.

    İsrailin C14 kanalının məlumatına görə, ABŞ-İran danışıqlar qrupuna yaxın mənbələrə görə, İran tərəfi İsrail Müdafiə Qüvvələrinin Livanın cənubundakı hərəkətlərinə etiraz olaraq İsveçrədə planlaşdırılan danışıqlar raundunun təxirə salındığını elan edib.