XƏBƏRLƏR / Münaqişə

Tramp: İran rəsmi olaraq uğursuz bir dövlətdir

Bu barədə ABŞ Prezidenti "Truth Social" şəbəkəsində yazıb

Tramp: İran rəsmi olaraq uğursuz bir dövlətdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp yenə sosial şıbəkədə İranı ölü bir məmləkət kimi təqdim edib.

    O yazır:

    "İran rəsmi olaraq uğursuz bir dövlətdir. O ölüb! Onların nə donanması, nə hava qüvvələri, nə valyutası var, əsgərlərinə və ya polislərinə maaş vermirlər, inflyasiya 300%-dir və liderlikləri tamamilə xaos içindədir və ölkəni layiqincə təmsil etmək iqtidarında deyil. Onların yeganə sahib olduqları şey ABŞ-dan gələn saxta xəbərlər, öz etirazçılarını öldürməyə hazırlıq (indiyə qədər 100.000-dən çox insan öldürülüb. Onlar insanlığa qarşı müharibə cinayətlərinə görə mühakimə olunmalıdır!) və sərsəm bəyanatla dolu gündəm. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!".

    Bundan başqa, Donald Tramp Fox News-a verdiyi müsahibədə bildirib ki, "İranın İordaniyadakı Amerika qüvvələrinə gecə hücumuna cavab verəcəyik. Onlara sərt zərbələr endirəcəyik. Cavab veriləcək".