İran və ABŞ arasında danışıqlar dalana dirənib
Bunu Misir xarici işlər naziri Əbdül Atta bəyan edib
İran və ABŞ arasında münaqişəyə son qoymaq üçün danışıqlar dalana dirənib.
Misiinr xarici işlər naziri Əbdül Atta bu barədə "The National" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hazırda "nə sülh, nə də müharibə" mövcuddur.
Nazir həmçinin vurğulayıb ki, Misir İran tərəfi ilə əlaqələrini davam etdirir və nüvə proqramı, ABŞ sanksiyalarının ləğvi, Hörmüz boğazının açılması və atəşkəslə bağlı müddəaları əhatə edən razılaşma əsasında münaqişəyə tez bir zamanda son qoyulmasını müdafiə edir.
1 dəqiqədən az