XƏBƏRLƏR / Münaqişə

"İranın Ali Rəhbəri çox ağır yaralanıb, lakin ölməyib"

Tramp bunu “The Glenn Beck Program”a açıqlamasında deyib

"İranın Ali Rəhbəri çox ağır yaralanıb, lakin ölməyib"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin sağ olduğu fikrindədir.

    Tramp bunu “The Glenn Beck Program”a açıqlamasında deyib.

    “O, ciddi şəkildə yaralanmışdı. Bədəninin sol tərəfi, qolu və ayağından bərk xəsarət almışdı. Amma düşünmürəm ki, ölüb. Əgər ölübsə belə, iranlılar çox yaxşı şou qurublar, çünki hər dəfə onun razılığını almaq üçün yanına getdiklərini deyirlər”, - ABŞ Prezidenti qeyd edib.