Qalibaf: Hərbi qüdrət əhalinin təminatını əvəz edə bilməz
İranda mülki hakimiyyətlə SEPAH arasında ziddiyyətlər kəskinləşir
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf: İqtisadi artım və əhalinin sabit təminatı olmadığı halda İranın hərbi qüdrəti dövlətin təhlükəsizliyini və varlığını təmin edə bilməyəcək - İran İnternational.
“Nə qədər hərbi gücümüz olsa da, insanlar ac olsalar və maliyyə dövriyyəmiz, iqtisadi inkişafımız və yerli istehsalımız olmasa, sağ qala bilməyəcəyik” deyib. Onun sözlərinə görə, iqtisadi sabitlik və təhlükəsizlik ayrılmazdır və fəaliyyət göstərən iqtisadiyyat olmadan hərbi komponenti saxlamaq olmaz.
Qalibaf vurğulayıb ki, İran hərbi münaqişələr başlatmağa can atmır, lakin effektiv diplomatik fəaliyyət göstərmək üçün ölkə yüksək səviyyədə müdafiə qabiliyyətini saxlamalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp görünməmiş iqtisadi müharibənin başladığını və İranın təcrid olunduğunu elan etmişdi.
1 dəqiqə