İrəvan və Bakı məsələləri danışıqlar masasında həll etsinlər
Bunu Aİ Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb
Brüssel İrəvan və Bakını bütün məsələləri danışıqlar masası arxasında həll etməyə çağırıb
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvan və Bakını bütün məsələlərlə bağlı danışıqlar aparmağa çağırıb.
“Bu yaxınlarda baş vermiş ölümcül toqquşma və yeni atışma xəbərlərindən çox narahatam. Zorakılığa heç bir əsas yoxdur; bütün məsələləri yalnız danışıqlar yolu ilə həll etmək lazımdır”, - Klaar cümə axşamı tvitində yazıb.
“Region hərbi əməliyyatlardan kifayət qədər zərər çəkib. Davamlı və ədalətli sülh üçün birlikdə çalışmağın vaxtıdır”, - o əlavə edib.