Tbilisidə etirazçılar yenidən Rustaveli prospektinə toplaşıb
Onlar, hakim partiyanın xarici agentlərlə bağlı qanun layihələrinin geri götürməyinə baxmayaraq etirazı davam edirlər
Tbilisidə vətəndaşlar yenidən Rustaveli prospektində, Parlamentin qarşısına toplaşıblar. Yol bağlanıb. Bu gün etiraz aksiyasında musiqili çıxış planlaşdırılır.
Üç gün əvvəl qanunverici orqanda kütləvi etiraz mitinqi başlayıb. Vətəndaşlar hakim partiyanın bu gün geri götürdüyü xarici agentlər haqqında qanun layihələrinin əleyhinədirlər.
Eyni zamanda, parlamentin spikeri Şalva Papuaşvili bu gün Venesiya Komissiyasının prezidenti Kler Bazziyə məktub göndərdiklərini bildirib ki, dünən parlamentin göndərdiyi xarici agentlərlə bağlı qanun layihələri yenidən müzakirəyə çıxarılmamasın.
Polis etirazçıların tələblərinə rəğmən 2 gün ərzində həbs etdiyi 100-dən çox adamı sərbəst buraxıb.