XƏBƏRLƏR / Münaqişə

Öldüyü deyilən İran generalı sağ imiş VİDEO

O, bu gün Tehranda keçirilən mitinqdə görünüb

Öldüyü deyilən İran generalı sağ imiş VİDEO
İsmayıl Qaani
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani sağ imiş.

    Bu barədə İsrail mənbələri məlumat yayıb.

    Bildirilib ki, Qaani İsrail və İran arasında atəşkəsdən sonra bu gün Tehranda keçirilən mitinqdə iştirak edib.

    Mitinqdə iştirak edən Qaaninin görüntüləri də paylaşılıb.

    VİDEO

    Qeyd edək ki, “New York Times“ iyunun 13-də İsrailin İrana hücumlarında İsmayıl Qaaninin öldüyü barədə xəbər yayıb.