Zelenski Brüsselə - AI-nin fövqəladə sammitinə gəlib
İclasın əsas mövzusu Ukraynaya yeni kontekstdə dəstək vermək olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Aİ-nin Ukrayna üzrə fövqəladə sammitinin keçiriləcəyi Brüsselə gəlib.
İclasın əsas mövzuları Ukraynaya yeni kontekstdə dəstək, həmçinin Aİ-nin Avropanın müdafiəsinə yeni yanaşması olacaq.
Bundan əlavə, Ukrayna üçün müdafiə və təhlükəsizlik təminatlarının gücləndirilməsinin müzakirəsi planlaşdırılır.
Macarıstan veto ilə hədələyir.
Lakin Aİ Macarıstanın Ukraynaya yardımın davamlı olaraq qarşısını almasından yan keçməyin yolunu tapıb.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kay Kallasın sözlərinə görə, bir ölkənin digərlərinin qərarlarına mane ola bilməyəcəyini təmin edəcək çoxluq koalisiyasının yaradılması təşəbbüsü irəli sürülüb.