12:21
Bu gün səhər saatlarında ABŞ-ın Təbrizin cənub-qərbində yerləşən hərbi əraziyə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Bildirilib ki, hücum yerli vaxtla saat 02:35 radələrində baş verib və şəhərin cənub-qərb hissəsindən ardıcıl partlayış səsləri eşidilib.
Hadisə nəticəsində indiyədək bir nəfərin həlak olduğu, bir neçə nəfərin isə yaralandığı təsdiqlənib.
Məlumata görə, hadisədən dərhal sonra xilasetmə və hərbi qüvvələr əraziyə cəlb olunub. Hücumun nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir. (Khabar Online)
***
11:47
Amerika qoşunları arasında ölənlərin sayı artıb - Tramp "üç böyük vətənpərvərin" ölümünü iddia edib, baxmayaraq ki, əvvəllər İranın İordaniyadakı bazalara endirdiyi zərbələrdə ikisinin öldürüldüyü bildirilib.
Bu arada, Mərkəzi Komandanlıq dörd hərbçinin ölümünü bildirib - biri İraqda öldürülüb (görünür, ABŞ Prezidenti məhz bundan bəhs edir - ANS Press), digərinin isə qalıqları İordaniyadakı hərbi obyektdə tapılıb.
***
09:47
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri seriyasının başa çatdığını açıqlayıb.
CENTCOM-un məlumatına görə, bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən əməliyyat olub.

Bildirilib ki, zərbələr zamanı komanda mərkəzləri, sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinə aid obyektlər, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelər vurulub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə ballistik raketlərlə zərbə endirdiyini bəyan edib.
Bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr Əqəbə aerodromunda yerləşən ABŞ-a məxsus C-17 hərbi-nəqliyyat və P-8 patrul təyyarələrini hədəf alıb.
2 dəqiqə