Sülhməramlıların avtomobilləri aksiya ərazisindən keçiblər
Ərazidə hərəkət sərbəstdir
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 120-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Saat 11 radələrində sülhməramlılara məxsus 1 minik, 4 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Aksiya keçirilən ərazidən səhər saatlarında sülhməramlılara məxsus ümumilikdə hər iki istiqamətə 13 avtomobil keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.