XƏBƏRLƏR / Münaqişə

Fidan və Abdullahian İsrail, ABŞ və Avropanı qınadılar

Türkiyə və İranın xarici işlər nazirləri Ankarada birgə mətbuat konfransı keçirdilər

Fidan və Abdullahian İsrail, ABŞ və Avropanı qınadılar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Qərb hal-hazırda mənəvi üstünlüyünü itirib”.

    Türkiyə mətbuatının məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Hüseyn Əmir Abdullahianın iştirak etdiyi mətbuat konfransında deyib.

    Çıxışında Fidan Yaxın Şərqdəki vəziyyətlə bağlı da fikirlərini bildirib. “Ukrayna və Fələstin üçün ədalət eyni olmalıdır. Əgər ədalətli dünya istəyiriksə, prinsipial və ardıcıl hərəkət etməliyik”.

    Fidanın sözlərinə görə, “Avropa Birliyi və ABŞ İsrailin müəyyən etdiyi qaydada hərəkət edir”.

    “İsrail öz yanlış yolundan əl çəkməli və zorakılığını dayandırmalıdır. Təhlükəsizliyə zorakılıq yolu ilə nail olmaq mümkün deyil”- Fidan deyib.

    Türkiyə XİN rəhbəri qeyd edib ki, Ankara Fələstin-İsrail münaqişəsinin həllində qarant kimi çıxış etməyə hazırdır.

    Abdullahian öz növbəsində bəyan edib ki, Qəzza zolağında vəziyyətin nəzarətdən çıxmasına görə ABŞ və İsrail məsuliyyət daşıyır. O əlavə edib ki, “İran münaqişəni dayandırmaq üçün regionun bütün ölkələri ilə danışıqlar aparır və Qəzzaya humanitar yardımın çatdırılması son dərəcə vacibdir”.

    İran prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Türkiyəyə səfər etməyi planlaşdırır. Bunu mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib