HƏMAS-la İsrail ordusu arasında şiddətli döyüşlər gedir
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb

Qəzza zolağının dərinliklərində HAMAS-la İsrail ordusu arasında şiddətli döyüşlər gedir.
“The Times of İsrael” nəşri xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Ordunun mətbuat xidmətinin məlumatına əsasən, hərbi əməliyyatlara İsrail ordusunun quru bölmələri rəhbərlik edir.