Laçındakı mövqelərimiz atəşə tutuldu YENİLƏNİB
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", məlumatda deyilir.
Ermənistan müdafiə nazirliyi erməni tərəfindən ölənlərin və yaralananların olduğunu bildirib.
Erməni mənbələri Ermənistan ordusunnun korpus komandiri Armen Gözəlyanın yaralanndığı haqda xəbər yayır.