Qazaxıstan:Dronlar yenidən konsorsiumun tankerinə hücum edib
Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb
İyulun 19-dan 20-nə keçən gecə Xəzər Boru Kəməri Konsorsiumunun Qara dəniz terminalında yüklənmədə olan "NELSA" tankerinə pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib.
Bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Tankerin 22 nəfərlik heyəti konsorsiumun yedək gəmiləri tərəfindən təxliyə edilib.
"İnsident nəticəsində baş verən yanğın operativ şəkildə söndürülüb. Xəsarət alan yoxdur, neftin dağılmasına yol verilməyib", - məlumatda bildirilib.
Qurum qeyd edib ki, hazırda gəminin texniki vəziyyətinin və insidentin nəticələrinin qiymətləndirilməsi aparılır.
Qeyd edək ki, dünən də Qazaxıstanın iki tankeri hücuma məruz qalmışdı.
1 dəqiqədən az