Laçın-Xankəndi yolunda intensivlik artdı
Növbəti avtomobil karvanı Xankəndiyə keçdi
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına aid növbəti avtomobil karvanı azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçib. Laçından gələn 15-i yük, 1-i isə minik avtomobili olmaqla 15 nəqliyyat vasitəsi Xankəndiyə doğru hərəkət edib.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 70-ci günündə də sülhməramlıların nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün indiyədək sülhməramlıların 45 avtomobili aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.