İran təzyiq altında məcburi danışıqlara getməyəcək
Bu barədə “Press TV“ məlumat yayıb
İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində Tehranın təzyiq, təhdid və ya Hörmüz boğazının blokadası altında sülh danışıqlarında iştirak etməyəcəyini bildirib.
Bu barədə “Press TV“ məlumat yayıb.
"Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı prezident Pezeşkian İranın təzyiq, təhdid və ya blokada altında danışıqlara girməyəcəyini təsdiqləyib", - məlumatda deyilir.
İran Prezidenti ABŞ-la dialoqu bərpa etmək üçün bütün maneələri, o cümlədən Hörmüz boğazının blokadasını aradan qaldırmağı tövsiyə edib.
1 dəqiqədən az