Suriya hakimiyyəti SDF-lə razılığa gəldiyini açıqladı
Yeddi bənddən ibarət saziş razılaşdırılıb
Suriya prezident administrasiyası Suriya Demokratik Qüvvələri (SDF) ilə Həsəkə əyalətinin gələcəyi ilə bağlı ortaq bir razılığa gəldiyini açıqladı.
Əsas məqamlar:
▪️SDF-nin ətraflı inteqrasiya planını məsləhətləşmək və təqdim etmək üçün dörd günü var.
▪️Suriya qüvvələri Həsəkə və Qamışlının mərkəzi bölgələrinə daxil olmayacaq və kənarda qalacaq.
▪️Kürd kəndlərində Suriya hərbi qüvvələri olmayacaq; təhlükəsizlik yalnız yerli qüvvələr tərəfindən təmin ediləcək.
▪️Məzlum Əbdi müdafiə nazirinin müavini, Həsəkə qubernatoru, parlament nümayəndələri və dövlət qulluğu vəzifələrinə namizədlər irəli sürəcək.
▪️SDF-nin bütün hərbi və təhlükəsizlik strukturları Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiya olunacaq; mülki qurumlar dövlət sisteminə inteqrasiya olunacaq.
▪️Kürdlərin dil, mədəni və vətəndaş hüquqları ilə bağlı 13 saylı Fərman tətbiq olunacaq.
▪️Razılaşmaların icrası bu gün yerli vaxtla saat 20:00-da başlayır.
1 dəqiqə