XƏBƏRLƏR / Münaqişə

Mardin vilayətində bir qrup şəxs Türkiyə bayrağını endirib

Türkiyə bayrağına edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək YENİLƏNİB/FOTO

Mardin vilayətində bir qrup şəxs Türkiyə bayrağını endirib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 19:01

    Türkiyə bayrağına edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək.

    Nusaybin-Qamışlı sərhədində PKK tərəfdarlarının Türkiyə bayrağına etdiyi hücumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sərt reaksiya verib.

    Burhanəddin Duran qeyd edib ki, bu hücumla terrorsuz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha hərəkətə keçdiyi açıq görünür: “Türkiyə Respublikasının təhlükəsizliyinə yönələn hər bir təhdid, müqəddəs dəyərlərimizə qarşı edilən hər bir addım qətiyyətlə cavablandırılacaq”.

    Burhanəddin Duran, baş verən hücumla bağlı məhkəmə və inzibati prosedurların başladılacağını da bildirib.

    Bu arada, AK Partiya sözçüsü Ömər Çelik də bu ALÇAĞI təxribata çox sərt reaksiya verdi. Hücumu qınayan Çelik, "Şanlı bayrağımıza edilən bu ALÇAĞI HÜCUMA ən aydın və ən güclü cavab veriləcək. Dəyərlərimizə hücum edənlər, şübhəsiz ki, bunun bədəlini ödəyəcəklər," -dedi.

    ***

    18:35

    Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.

    DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində təşkil olunub. Toplantıdan sonra bir qrup şəxs PKK terror təşkilatının bayraqları ilə sərhədə doğru yürüşə başlayıb və sərhəddə yerləşdirilmiş Türkiyə bayrağını endirib.

    Hadisə zamanı iştirakçıların bir hissəsi sərhədin digər tərəfindəki Türkiyə bayrağına da hücum edib, YPG terror təşkilatını dəstəkləyən şüarlar səsləndiriblər.

    Sərhədin təhlükəsizliyini təmin edən qüvvələr xəbərdarlıq məqsədilə havaya atəş açaraq təxribatçı qrupdan ərazini tərk etməyi tələb ediblər. Məlumata görə, bundan sonra qrup hadisə yerindən uzaqlaşıb.

    DEM Parti sözçüsü Ayşegül Doğan X hesabında paylaşdığı açıqlamada Nusaybin–Qamışlı sərhədində Türkiyə bayrağının endirilməsinin onları narahat etdiyini bildirib.

    Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə hadisəyə sərt reaksiya verərək baş verənləri "təxribat" adlandırıb. O qeyd edib ki, ölkənin milli təhlükəsizliyinə və dövlətin müqəddəs dəyərlərinə qarşı yönələn hər bir təhdidin qarşısı qətiyyətlə alınacaq.

    Burhanettin Duran hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmaya başlanıldığını, hüquqi və inzibati tədbirlərin görüləcəyini də vurğulayıb.