İsrail Qəzza zolağının işğalı planını hazırlayır
Bu barədə "Financial Times" məlumat yayıb

"Financial Times" mənbələrin məlumatına görə, bu ideya yeni Baş Qərargah rəisi Eyal Zamirə məxsusdur və hökumətin ifrat sağçı üzvləri tərəfindən dəstəklənir. Plan ABŞ-da hakimiyyət dəyişikliyindən sonra mümkün olub: Tramp administrasiyası Baydendən fərqli olaraq İsrailin "Həmas" üzərində qələbəsini dəstəkləyir.
Plana görə, İsrail ordusu (İDF) döyüşləri bərpa edib, "HƏMAS"ı darmadağın edəcək, Qəzzanın böyük hissəsinə nəzarəti ələ keçirəcək və fələstinliləri İsrail tərəfindən paylanan humanitar yardımdan asılı olacaqları dar sahil zolağına köçürəcək.
Eyni zamanda, qəzetin fikrincə, bu cür dəyişikliklər Qəzza əhalisinin silahlı qiyamçı müqavimətinə səbəb ola bilər. Bundan əlavə, hərbi ekspertlər bildirirlər ki, belə miqyasda döyüşlərdə iştirak etmək üçün ən azı dörd diviziya ayırmalı olan ölkənin silahlı qüvvələrinin tükəndiyini nəzərə alaraq, İDF-nin bir neçə ay ərzində öz məqsədinə nail olub-olmayacağı aydın deyil.