XƏBƏRLƏR / Münaqişə

Laçın-Xankəndi yolu: Ekoaksiyada canlanma müşahidə olunur

Yol humanitar məqsədlər üçün tam açıqdır

Laçın-Xankəndi yolu: Ekoaksiyada canlanma müşahidə olunur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası bu saatlarda canlanma ilə müşahidə olunur.

    Toplanış yerində etirazçıların tələbləri dəyişməz olaraq qalır, onlar səsləndirdikləri şüarlarla dünya ictimaiyyətinə çağırış edirlər.

    Hazırda ekofəallar və gənc könüllülər Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisindən keçən hissəsində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Təbiəti qoruyaq” və sair kimi şüarlar səsləndirir, ekoloji cinayətə və istismara son qoyulmasını istəyirlər.

    Aksiya iştirakçıları bildirirlər ki, ekoaksiyanın təşkil olunduğu ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

    Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının istismarına qarşı ekoaksiya ötən il dekabrın 12-dən başlayıb.