PUA hücumu təhlükəsinə görə Mahaçqala hava limanı bağlanıb
Bu barədə TASS agentliyi xəbər yayıb
Mahaçqala hava limanında bütün reyslər qeyri-müəyyən müddətə dayandırılıb.
Bu barədə hava limanının baş direktoru Səid Ramazanov TASS-a bildirib.
Onun sözlərinə görə, Kaspiyskdə PUA hücumu insidenti səbəbindən aeroport qeyri-müəyyən müddətə bağlanıb.
Rusiya Hərbi Dəniz Qüvvələrinin donanması PUA-nın hücumuna məruz qalan Kaspiyskdə yerləşir. Dronlardan biri döyüş gəmisinin yaxınlığında düşüb.
Qeyd edək ki, Rusiya ordusu Ukraynaya Xəzər dənizində yerləşən raketdaşıyan gəmilərindən zərbələr endirir.