XƏBƏRLƏR / Münaqişə

"Hizbullah" İsrailin Ben-Qurion aeroportunu raketlə vurdu

Bu barədə İsrail mediası məlumat yayıb

"Hizbullah" İsrailin Ben-Qurion aeroportunu raketlə vurdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Hizbullah"ın İsrailə atdığı 10 raketdən biri Tel-Əvivdə Ben-Qurion adına Beynəlxalq Hava Limanının ərazisinə düşüb.

    Bu barədə İsrail mediası məlumat yayıb.

    İsrail Müdafiə Nazirliyindən bildirilib ki, raket aeroportun ərazisinə düşüb və xəsarət alan olmayıb.

    Raket zərbəsindən sonra uçuşlar dayandırılıb.