XƏBƏRLƏR / Münaqişə

Xarici KİV nümayəndələri Ağdam-Xankəndi yoluna gəliblər

Bloomberg, BBC, Reuters, Gettyimage kimi aparıcı media qurumları vəziyyəti diqqətlə izləyir

Xarici KİV nümayəndələri Ağdam-Xankəndi yoluna gəliblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xarici KİV nümayəndələri ərzaq karvanının yerləşdiyi Ağdam-Xankəndi yoluna gəliblər.

    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıdan göndərdiyi Qarabağda yaşayan ermənilər üçün ərzaq yardım karvanının olduğu Ağdam-Xankəndi yoluna bir qrup xarici media qurumunun Azərbaycan nümayəndəliyinin əməkdaşları gəlib.

    Hazırda onlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə söhbət edirlər.

    Belə ki, Bloomberg, BBC, Reuters, Gettyimage kimi aparıcı media qurumlarının nümayəndəliklərinin əməkdaşları humanitar yüklərin daşındığı yük maşınlarının dayanacağındakı vəziyyətlə tanış olurlar.