XƏBƏRLƏR / Münaqişə

"Türkiyə silahı Rusiya hərbçiləri və mülki şəxsləri öldürür"

Bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib

"Türkiyə silahı Rusiya hərbçiləri və mülki şəxsləri öldürür"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etmək istəyini nəzərə alsaq, təəccüb doğurur”

    Bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

    “Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçiləri və mülki şəxsləri öldürmək üçün istifadə olunur. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, çaşqınlığa səbəb ola bilməz”, - nazir qeyd edib.