XƏBƏRLƏR / Münaqişə

Rusiyaya qarşı 18-ci sanksiya paketi: 70 gəmi, 22 bank

Bu barədə TASS xəbər yayıb

Rusiyaya qarşı 18-ci sanksiya paketi: 70 gəmi, 22 bank
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Komissiyası (AK) Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində daha 70 gəmini "qara siyahı"ya daxil etməyi planlaşdırır.

    Bu barədə TASS xəbər yayıb.

    “The Guardian” nəşrinə görə isə, sanksiya siyahısına daxil ediləcək gəmilərin ümumi sayı 400 vahidi keçəcək.

    Bundan əlavə, SWIFT sistemindən ayrılacaq 22 banka qarşı məhdudiyyətlərin tətbiq edilməsi planlaşdırılır.

    Nəşrin məlumatına görə, AK Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi müddət ərzində ilk dəfə olaraq Hindistan vətəndaşına - Rusiyadan neftin daşınması ilə məşğul olan tankerin kapitanına qarşı sanksiyaları nəzərdə tutur.