14:51
Kiyevin baş hərbi administratoru bildirib ki, bir həftə ərzində Ukrayna paytaxtına ikinci genişmiqyaslı Rusiya hücumunda ən azı 12 nəfər həlak olub. Fövqəladə hallar rəsmiləri əlavə ediblər ki, daha üç nəfər Kiyev bölgəsində həlak olub.
Bu barədə BBC xəbər yayıb.
***
12:47
Kiyevin baş hərbi administrasiyası bildirib ki, Rusiyanın Ukrayna paytaxtına bir həftə ərzində ikinci gecə endirdiyi zərbələrdən sonra ən azı 11 nəfər həlak olub.
Bu barədə BBC xəbər yayıb.
Timur Tkaçenko əlavə edib ki, beş uşaq da daxil olmaqla 46 nəfər yaralanıb. Fövqəladə hallar rəsmiləri bildiriblər ki, Kiyev bölgəsində daha üç nəfər həlak olub.
Tkaçenko "Telegram"da paylaşım edərək əlavə edib ki, 20-dən çox yerdə xilasetmə işləri davam edir və iki rayonda yaşayış binalarına zərbələr endirilib.
Şəhər meri Vitali Kliçko bildirib ki, Rusiya ballistik raketləri şəhərin bir neçə binasına dəyib və bəzi mənzil komplekslərində yanğınların baş verdiyini əlavə edib.
***
09:44
Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Ukayna mediasının məlumata görə, hücum nəticəsində 9 nəfər həlak olub, 46 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.
Məlumata görə, son dəqiqələr ərzində Kiyev istiqamətinə "Kalibr", "Geran", "Sirkon" və "İsgəndər" tipli raketlər buraxılıb.
Bundan əlavə, Kiyev Su Elektrik Stansiyası ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.
Kiyevdə iyulun 7-də Rusiyanın kütləvi hücumunda həlak olanların xatirəsinə matəm günü elan edilib.
1 dəqiqə