Qara dənizdə batan gəmiyə görə Rusiya məsuliyyət daşıyır
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "X" hesabında yazıb ki, 3 ekipaj üzvü hələ tapılmayıb
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu mülki gəmiyə zərbə endirilməsindən narahatlığını ifadə edib.
Ursula fon der Lyayen bu barədə “X” hesabında paylaşım edib.
“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub.
Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir.
Həlak olan dənizçinin ailəsinə və yaxınlarına başsağlığımı bildirirəm. Hələ də üç ekipaj üzvü itkindir. Onları tapmaq üçün yorulmadan çalışan xilasetmə qruplarına təşəkkür edirəm”, – Ursula fon der Lyayen qeyd edib.
İtkin düşənlərin arasında azərbaycanlıların olub-olmaması haqda məlumat verilmir.
1 dəqiqə