Qonşu Dağıstanda hava hücumu təhlükəsi elan olunub
Bu barədə respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Respublika Fövqəladə Hallar Nazirliyinin Telegram kanalı xəbər verir ki, Dağıstanda pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib.
"Dağıstan Respublikasında pilotsuz təyyarələrin hücumu təhlükəsi var. Mümkünsə evdə qalın. Pəncərəsiz, möhkəm divarlı binalarda sığınacaq axtarın", - Fövqəladə Hallar Nazirliyi çağırış edib.
Bundan əlavə, açıq havada olan rayon sakinlərinə sığınacaq axtarmaları tövsiyə olunur. Mobil internet xidmətində mümkün nasazlıqlar da bildirilir.