Zelenski Türkiyəyə səfərə gəlib
İstanbulda Ukrayna Prezidenti Trampın xüsusi nümayəndəsi Uitkoff və Türkiyə rəsmiləri ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərə gəlib.
Onu hava limanında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov qarşılayıb.
Xatırladaq ki, media orqanları əvvəllər Umerovun guya Ukraynaya qayıtmaqdan imtina etdiyini bildirmişdilər.
Bu arada məlumat yayılıb ki, Türkiyədə Uitkoff-Yermak danışıqları ləğv edilib.
ABŞ Prezidentinin xüsusi elçisi Uitkoff və Ukrayna Prezident Administrasiyasının rəhbəri Yermak arasında 19 noyabrda Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib. Bu barədə "The Economist" jurnalisti Oliver Kerrol öz "X" akkauntunda məlumat verib.
Kerrolun sözlərinə görə, Uitkoff "yəqin ki, bu görüşə razılıq verməklə hansı mübahisəyə girəcəyini anlamayıb".
Bir müddət əvvəl "Reuters" agentliyi Trampın xüsusi elçisi Uitkoffun 19 noyabrda Türkiyəyə səfər edəcəyini və Zelenski ilə danışıqlarda iştirak edəcəyini bildirmişdi. Danışıqlar haqqında xəbərlərdə Yermakın adı çəkilməyib. Bundan əlavə, 18 noyabrda Rusiya Prezidentinin mətbuat katibi Peskov görüşdə Rusiya nümayəndəsinin olmayacağını bildirib.
1 dəqiqə