İsrail və Suriya arasında danışıqlar dalana dirənib
Bu barədə İsrail mediası xəbər verir
İsrail və Suriya arasında mümkün təhlükəsizlik razılaşması ilə bağlı danışıqlar dalana dirənib.
Kan News-un məlumatına görə, İsrail Əsəd rejiminin süqutundan sonra ələ keçirilən ərazilərdən qoşunların çıxarılması ilə bağlı Əl-Şaraa hökumətinin tələbini rədd edib.
İsrail bəyan edib ki, yalnız Suriya ilə hərtərəfli sülh razılaşması imzalanacağı təqdirdə geri çəkilməyə razı olacaq.
1 dəqiqədən az