Türkiyə XİN-nin İsrail-İran qarşıdurmasına dair bəyanatı
Eskalasiyanın dayandırılmasının lazım olduğu bildirilir FOTO
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu və İranın cavabı hadisələrin sürətlə regional müharibəyə çevrilə biləcəyini göstərir.
“Bu gün Türkiyə də İran rəsmilərinə və İsrail üzərində təsiri olan nüfuzlu Qərb ölkələrinə eskalasiyanın dayandırılması lazım olduğunu bildirir.
Biz regionumuzun sabitliyinə qarşısıalınmaz zərər vuracaq və daha böyük qlobal münaqişələrə səbəb olacaq prosesin başlanmasının qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik”, - diplomatik departamentin bəyanatında deyilir.