XƏBƏRLƏR / Münaqişə

İrana Hörmüz boğazı ilə bağlı əsmi xəbərdarlıq göndərilib

Bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib

İrana Hörmüz boğazı ilə bağlı əsmi xəbərdarlıq göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “ABŞ Hörmüz boğazında hər hansı bir təhlükəsizlik təhdidinə qətiyyətlə cavab verməyə hazırdır”.

    Bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.

    Vaşinqtonun strateji əhəmiyyətli boğazın girov götürülməsinə icazə verməyəcəyini vurğulayan Pentaqon rəhbəri İran hökumətinə artıq rəsmi xəbərdarlıq göndərildiyini deyib.

    Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 10 martda Hörmüz boğazı yaxınlığında 16 mina gəmisi də daxil olmaqla İranın Hərbi Dəniz Donanmasının gəmilərinin zərərsizləşdirildiyini açıqlayıb.