BQXK-nın 10 avtomobili Laçın yolundan keçdi
Laçın-Xankəndi yolu humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıqdır
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
Səhər saat 9-10 radələrində Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 9 minik avtomobili ərazidən maneəsiz keçib.
Minik avtomobillərində erməni əsilli sakinlər olub.
Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 118 gündür davam edir.