XƏBƏRLƏR / Münaqişə

"Müctəba Xamenei Trampın sözünə qulaq asmalıdır"

Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bugünkü brifinqdə deyib

"Müctəba Xamenei Trampın sözünə qulaq asmalıdır"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ABŞ Prezidenti Donald Trampın sözünə qulaq asmalı və nüvə silahı yaratmaq planlarından imtina etməlidir.

    Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bugünkü brifinqdə deyib.

    Nazirin sözlərinə görə İranın yeni lideri “nüvə silahı yaratmağa çalışmamalı” və bunu birbaşa bəyan etməlidir.

    Heqset İran rəhbərliyini xəbərdar edib: ABŞ bu gün İrana ən intensiv zərbələr endirəcək.

    Nazir qeyd edib ki, dəqiq kəşfiyyat məlumatları əsasında daha çox qırıcı və bombardmançı ilə İrana ən intensiv zərbələr endiriləcək.