XƏBƏRLƏR / Münaqişə

Ruslar Gümrüdəki hərbi bazaları ətrafında səngər qazırlar

Bu Ermənistanla Rusiya arasında siyasi gərginliyin artması fonunda baş verir FOTO

Ruslar Gümrüdəki hərbi bazaları ətrafında səngər qazırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gümrüdə ruslar səngər qazır.

    Erməni KİV-ləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ətrafında təzə xəndəklərin qazıldığını əks etdirən kadrlar yayır.

    Bunun hansı məqsədlə edildiyi barədə məlumat verilmir.

    Ermənistan və Rusiyanın rəsmi orqanları məlumatı şərh etmirlər.

    Qeyd edək ki, son vaxtlar Ermənistan hakimiyyəti və onlara yaxın jurnalistlər Rusiya əleyhinə sərt təbliğat aparırlar. Bunun nəticəsi kimi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənib.

    Rusiya və Ermənistan arasında bağlanmış müqaviləyə əsasən 102 hərbi baza 2044-cü ilə qədər Gümrüdə qalmağı nəzərdə tutulub.