Türkiyə və ABŞ xüsusi xidmət rəhbərləri telefonla danışıb
Uilyam Börns İbrahim Kalından İranın İsrailə hücumu məsələsi ilə bağlı vasitəçi olmasını istəyib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns ilə telefon danışığı aparıb. Bu barədə yerli mətbuat məlumat yayıb.
“CNN Türk”ün məlumatına əsasən, Börns İbrahim Kalından İranın İsrailə hücumu məsələsi ilə bağlı vasitəçi olmasını istəyib. İbrahim Kalın Qəzzada aparılan atəşkəs danışıqlarına dair həmkarı ilə fikir mübadiləsi aparıb. Bu danışıqdan sonra isə İbrahim Kalın HƏMAS ilə müzakirələr aparıb.
Təmasların Ramazan Bayramında baş tutduğu qeyd olunub.