Qəzza zolağından İsrailə doğru 400-ə yaxın raket atılıb
Hücumun İranın maliyyələşdirdiyi "İslam cihadı" qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal olunur
İsrailin əksər ərazisində hava hücumundan müdafiə sistemi işləyir.
Tel-Əvivdə hava hücumu həyəcanı eşidilir.
Raketlərdən biri Aşkelondakı yaşayış binasına düşüb.
Sderot şəhərinə də hücum olub.
Hücumun İranın maliyyələşdirdiyi "İslam cihadı" qruplaşması rəhbərlərinin İsrail xüsusi xidmətləri və ordusu tərəfindən məhv edilməsinə cavab olduğu ehtimal olunur.